Bakalavr və magistr dərəcələri ləğv ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakalavr və magistr dərəcələri ləğv ediləcək

Dünya

30 Yanvar 2026 01:57 1789


Bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində "bakalavr" və "magistr" dərəcələri ləğv ediləcək, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq.

"Yeni Sabah" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva deyib. 

Qoryaçeva qeyd edib ki, "bakalavr-magistr" formulu əvəzinə, ixtisasdan asılı olaraq dörd ildən altı ilə qədər davam edən baza ali təhsil proqramını və bir ildən üç ilə qədər davam edən ixtisaslaşmış ali təhsil proqramını - əsasən, peşəkar, idarəetmə və tədqiqat istiqamətləri olan yenilənmiş magistr proqramını tətbiq ediləcək.  pizza sifarişi

Siyasətçi aydınlıq gətirib ki, Bolonya Prosesinin əvəzetmə prosesi 2022-ci ildə başlayıb və keçid proqramı əvvəlcə Rusiyanın altı universitetində sınaqdan keçirilib. Bu təcrübə hazırda digər ali təhsil müəssisələrində də tətbiq olunur. Deputat həmçinin magistr proqramlarına dövlət tərəfindən maliyyələşdirilən qəbulun qadağan olunduğunu da açıqlayıb. Parlament üzvü bildirib ki, bu məhdudiyyət yeni tədris ilindən etibarən aradan qaldırılacaq. Qoryaçeva həmçinin aydınlıq gətirib ki, aspirantura təhsili, əvvəlki kimi, ayrıca peşə təhsili səviyyəsi hesab ediləcək./Unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!