“Bakcell”dən Silahlı Qüvvələrimizə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”dən Silahlı Qüvvələrimizə dəstək

İqtisadiyyat

02 Oktyabr 2020 16:45 848


Bakcell şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 500 min manat vəsait ayırıb. 

Yenisabah.az xəbər verir ki, bu məbləğ Bakcell şirkətinin daxil olduğu “NEQSOL Holding” tərəfindən ayrılmış 1 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

Bakcell şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir. 

Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır! 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!