Bakı-2019-un finalında güləşçimiz ilə qarşılaşan rusiyalıda dopinq aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-2019-un finalında güləşçimiz ilə qarşılaşan rusiyalıda dopinq aşkarlandı

İdman

11 Noyabr 2019 20:35 983


Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılardan birində dopinq tapılıb.

"Yeni Sabah" xəbər verir ki, sərbəst güləş üzrə Rusiya yığmasının üzvü Rüstəm Dolayevin orqanizmində istifadəsi qadağan olunmuş meldoni preparatı aşkarlanıb.

51 kq çəki dərəcəsində gümüş medal qazanan güləşçi mükafatdan məhrum edilib. Finalda Azərbaycan güləşçisi Kənan Heybətova uduzan rusiyalıdan alınan gümüş medal moldovalı Konstantin Çirilova verilib. Sonuncunun bürünc mükafatı isə gürcüstanlı Otaru Mamulaşviliyə nəsib olub. pizza mizza

Qeyd edək ki, Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçirilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!