Bakı bulvarında dənizə düşən şəxs xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı bulvarında dənizə düşən şəxs xilas edildi

Hadisə

02 Mart 2022 12:14 449


Bakı bulvarında dənizə düşən şəxs xilas edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 100 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Pepperoni pizza

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!