Bakı klubunu azyaşlıları çalışdırdığına görə cəzalandırdılar 

saytların hazırlanması

Evə çatdırılma

Bakı klubunu azyaşlıları çalışdırdığına görə cəzalandırdılar 

İdman

05 Noyabr 2019 11:19 1620


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Zirə” – “Sumqayıt” matçınının ikinci hissəsi “Zirə” klubu üzündən 2 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur. Toyuqlu pizza

2 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın X turunun “Səbail” – “Keşlə” matçı başa çatdıqdan sonra “Səbail” klubunun 7 №-li futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur.

1 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun IX  turunun “Keşlə-2” – “Qarabağ-2” matçında xərək daşıyan uşaqların yaşı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur.

3 noyabr 2019-cu il, Region Liqasının “İmişli” – “Ağsu Sity” matçının 1-ci hissəsi başa çatdıqdan sonra “İmişli” klubunun baş məşqçisi Süleyman İsayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır 

31 oktyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Neftçi İK” – “Baku Fire” matçında “Neftçi İK” klubunun heyətində protokolda adı olmayan futzalçı istirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!