“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.
“Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.
N.Yusubov bundan öncə Metropolitendə istehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub. Sezar pizza
A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.
Telegram kanalımız