Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 14-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Tovuz rayon sakini Ş.Məmmədova dekabrın 11-də metronun “Ulduz” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib. Toyuqlu pizza
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Telegram kanalımız