Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

Hadisə

18 Aprel 2025 09:32 455


Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub. pizza

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!