Bakı metrosunda yeni nəsil qatar istismara verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda yeni nəsil qatar istismara verildi

Sosial

09 Dekabr 2025 22:04 798


"Bakı Metropoliteni" QSC qatar parkını genişləndirməkdə davam edir.

QSC-dən Oxu.Az-a bildirilib ki, sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.

Ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb. Marqarita pizza

Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb. Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.

Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq. Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!