Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub - AZAL

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub - AZAL

Sosial

09 Yanvar 2026 13:37 363


Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub. pizza mizza

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Onlara alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!