Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza
Telegram kanalımız