Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakinindən şikayət: Nazirlik hüquq mühafizə orqanlarına müraciət edəcək

Sosial

19 İyul 2020 00:03 1709


“Sosial şəbəkə səhifələrinin birində Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə əsassız şikayəti yayılıb”.

Yenisabah.az xəbər verir ki, bunu Nazirliyin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. Onun sözlərinə görə, məsələ dərhal araşdırılıb.

“Əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib. pizza mizza

İşəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib. Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verildi. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edəcək”, - deyə F. Talıbov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!