Bakı Şəhər Baş Polis İdarəsi açıqladı: “Əli Kərimliyə DİN Hospitalında tibbi yardım edilib“

saytların hazırlanması

Evə çatdırılma

Bakı Şəhər Baş Polis İdarəsi açıqladı: “Əli Kərimliyə DİN Hospitalında tibbi yardım edilib“

Siyasət

20 Oktyabr 2019 00:04 4004


Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna zidd olaraq oktyabr ayının 19-da saat 15:00-da metronun «28 May» stansiyasının önündəki meydanda mitinq keçirtməyə cəhd göstəriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, görülmüş tədbirlərlə bu hüquqazidd hərəkətlərin qarşısı alınıb, onun təşkilatçıları və bəzi iştirakçıları saxlanılaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin edilib.

Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə yerləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb. Pepperoni pizza

Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!