Hərbi helikopterlər Bakı səmasında -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hərbi helikopterlər Bakı səmasında - VİDEO

Siyasət

27 Oktyabr 2025 10:28 860


Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus “Mil Mi-17” heliktopterləri Bakı səmasında uçuşlar edib.

“Yeni Sabah” xəbər verir ki, uçuşlar Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümü münasibətilə noyabrın 8-də paytaxtda keçiriləcək hərbi paradda hazırlıq məqsədi daşıyır. 

Heliktopterlər Bakı buxtası, o cümlədən paradın keçiriləcəyi “Azadlıq” meydanı üzərində uçuşlar edib. pizza mizza

Xatırladaq ki, noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçiriləcək. Parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!