Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

İqtisadiyyat

28 May 2026 09:51 276


Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında baş tutacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Sezar pizza

Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!