Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər xilas edilib.
"Yeni Sabah" xəbər verir ki, bunlar Gümşüd Hüseynov, Ehtiram Rüstəmov və Simran Əzimovdur.
Zərnava kəndindən yas mərasimindən qayıdan həmin şəxslər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən çayın ortasında köməksiz vəziyyətdə qalıblar. Dominos pizza
Hadisə ilə bağlı gecə saat 01:57-də FHN-ə müraciət daxil olub.
10 nəfərdən ibarət xilasedici qrup Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.
Telegram kanalımız