Bir qrup valideyn Türkiyə Cumhuriyyəti Dəyanət Vəqfinin Bakıda fəaliyyət göstərən Bakı Türk Liseyi ilə bağlı şikayətinə məktəb rəhbərliyi cavab verib.
Liseydən “Yeni Sabah”a daxil olan cavabda bildirilir ki, son zamanlar sosial şəbəkələrdə və KİV-də BTL-nin hər il ənənəvi keçirdiyi qəbul imtahanları ilə bağlı əsassız iddialar səslənməkdədir.
“Liseyimiz 2019-cu ildə hal-hazırda 5-ci sinifdə təhsil alan şagirdələrin qəbulunu təşkil edəcək. Əminliklə vurğulamaq istəyirik ki, Liseyin qəbul imtahanına yalnız 5-ci sinifdə təhsil alan, həmin sinifdə oxumasını təsdiq edən arayışını təqdim edən sagirdlər buraxılır. Qəbul imtahanında nəaliyyət əldə edən sagirtlərin şəxsi işləri və s. sənədləri hər il oldugu kimi bir daha yoxlamadan keçiriləcək və əgər hər hansı bir əskiklik aşkar olunarsa həmin şagirdin nəticələri ləğv ediləcək. pizza
Bu məsələyə, bəzi valideynlər tərəfindən aşırı həssaslıq göstərilir. Biz Lisey olaraq, valideynlərin həssaslığına qayğı ilə yanaşırıq, onlara olan diqqətimizi heç bir zaman əsirgəməmişik.
Bu həssaslığın yaranma səbəbi valideynlərin dediklərinə görə, hazırlıq kurslarının 5-ci sinifdə oxuyan şagirdlər üçün təşkil etdiyi sınaqlarda bir sıra 6-ci sinifdə təhsil alan şagirdlərin iştirak etməsini dəlil olaraq göstərmələridir.
Qeyd edək ki, hər hansı bir məktəb və ya kursun sınaq imtahanlarına, hər bir şagird hansı sinifdə oxumasından asılı olmadan öz biliyini sınamaq üçün iştirak edə bilər.
Bununla yanaşı Liseyin qeydiyyat işi liseyin özündə davam edir və hələki qəbul imtahanı olmayıb. Çox maraqlıdır ki, hər hansı bir valideyin necə bilə bilərki, kim hansı sənədi təqdim edib. Və ən əsası, qəbulda iştirak edəcək şagirdlərin siyahısı ictimailəşdirliməyib. Necə ola bilər ki, qəbulda iştirak edəcək şagirdlərin siyahısını görmədən, onların güya 6-cı sinifdə oxuduqlarını iddia etmək olar. 6-ci sinifdə oxuyan şagirdlərin sınaq imtahanlarında iştirak etməsi, qəbul imtahanında da iştirak edəcək mənasına gəlməz.
Bir daha vurğulayırıq ki, qəbul imtahanında ancaq 2018-2019-cu tədris ilində 5-ci sinifdə təhsil alan sagirdlər iştirak edəcəkdir.
Hər bir valideynin övladının liseydə oxumaq arzusuna hörmətlə yanaşırıq. Bununla bərabər, heç bir valideynin məktəb, rəsmi qurumlar, ən əsası da şagirdlər və onların valideynləri haqqında əsası olmayan fikirləri irəli sürməməsini xahiş edirik”.
Telegram kanalımız