Bakı şəhərində Zəfər Gününə hazırlıqlar başlayıb.
“Yeni Sabah” xəbər verir ki, paytaxtın bir çox küçə və prospektlərində təmizlik və abadlıq işləri aparılır, ictimai yerlər bəzədilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları təntənəli paradın keçiriləcəyi küçələrdə və vətəndaşların gəzintiyə çıxacağı ərazilərdə abadlıq və bəzədilmə işləri görürlər. Dominos pizza
Hazırda Hökumət Evinin ətrafı, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyli küçəsi, Parlament prospekti, Şəhidlər xiyabanı ətrafı və şəhər parklarında geniş abadlıq işləri aparılır. Bu çərçivədə 20 minə yaxın yeni gül, mərkəzi küçələrdə isə 2000-dən çox həmişəyaşıl kol əkini həyata keçirilib.

Bundan başqa, mövcud ağaclar budanıb, onlara aqrotexniki qulluq göstərilib. Şəhər sakinləri və qonaqlarda xoş əhval-ruhiyyə yaratmaq məqsədilə müxtəlif rəng və çalarlarda güllərdən kompozisiyalar düzəldilib.
Eyni zamanda, şəhərin müxtəlif yerlərində, əsasən də Zəfər paradının keçiriləcəyi küçə və prospektlərdə evlərin eyvanından, ictimai binaların üzərindən Azərbaycan bayraqları asılıb.
Zəfər Gününə hazırlıqlar davam etdirilir.
Xatırladaq ki, Zəfər Günü Azərbaycan Ordusunun 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin rəmzidir. Hər il noyabrın 8-i ölkədə müxtəlif tədbir və paradlarla qeyd olunur.
Aytac Əliyeva
Telegram kanalımız