Beş nəfər birləşib 4300 manatlıq oğurluq etdilər -   Tutuldular

saytların hazırlanması

Evə çatdırılma

Beş nəfər birləşib 4300 manatlıq oğurluq etdilər - Tutuldular

Hadisə

24 Noyabr 2025 11:53 410


Binəqədi rayonunda talama cinayəti baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb.  Toyuqlu pizza

Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!