Bakıda 32 şəhid məzarı niyə açılıb?   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 32 şəhid məzarı niyə açılıb? - Rəsmi açıqlama

Maraqlı

11 Noyabr 2021 11:45 1136


Bu gün sosial şəbəkədə Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb. 

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məsələ ilə bağlı Yenisabah.az-a verilən məlumata görə, Respublika Hərbi Prokurorluğunun təqdimatı və  Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında  birinci “Şəhidlər Xiyabanı” dəfn ediliş 23 və ikinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya)  aparılıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. pizza mizza

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyitlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

“Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək.

Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir”,-deyə rəsmi məlumatda bildirilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!