Bakıda 32 yaşlı qadın bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 32 yaşlı qadın bıçaqlandı

Kriminal

16 Fevral 2020 22:08 985


Bakıda bıçaqlanma hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!