Bakıda ana və qızı qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana və qızı qətlə yetirildi

Kriminal

14 Dekabr 2019 07:15 1040


Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

Baş Prokurorluqdan "Yeni Sabah"a verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb.

Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.  Toyuqlu pizza

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!