Bakıda avtomobil idarəetmədən çıxaraq aşdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil idarəetmədən çıxaraq aşdı - Fotolar

Hadisə

30 Avqust 2020 00:33 980


Sabunçu rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin sürücüsü küçə ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi əvvəlcə səkiyə çırpılıb. Daha sonra yol kənarındakı hasarı dağıdaraq aşıb.

Qəza zamanı xəsarət almış sürücü xəstəxanaya çatdırılıb. Əraziyə DYP və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub. pizza sifarişi

Hadisənin təfərrüatı araşdırılır.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!