Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşdü

Siyasət

05 Dekabr 2025 12:59 558


Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.  Pepperoni pizza

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!