Bakıda bank işçisi vətəndaşın vəsaitini başqasının hesabına köçürdü...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bank işçisi vətəndaşın vəsaitini başqasının hesabına köçürdü...

Hadisə

17 Aprel 2025 09:51 550


Banka kredit üçün onlayn formada müraciət etdi, kredit adına rəsmiəşdirildi, lakin vəsait başqasının kart hesabına köçürüldü.

“Yeni sabah” xəbər verir ki, hadisə paytaxtda yaşayan Məmmədovlar ailəsinin başına gəlib. 8 aprel tarixində Nərmin Məmmədova “Azər Türk Bank” a müraciət edərək 2900 manat məbləğində krediti onlayn formada rəsmiləşdirib. Bank əməkdaşı pulu köçürmək üçün vətəndaşdan kart nömrəsi istəyib. Kredit götürən öz kart nömrəsini bank işçisinə təqdim edib. Lakin pul onun yox, tanımadığı başqa bir şəxsin hesabına köçürülüb. Bundan sonra baş verən prosesi Nərmin Məmmədovanın həyat yoldaşı belə izah edir.

Vətəndaş deyir ki, bank əməkdaşları ona problemin 5 iş günü içərisində həll olunacağını bildirsələr də, məsələ uzanıb. Marqarita pizza

Bank əməkdaşının məsluliyyətsizliyi səbəbindən düşdüyü duruma vətəndaş etirazını bildirir və bankdan adına rəsmiləşən kredit məbləğini tələb edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!