Bakıda Belarus vətəndaşı arvadının boğazını kəsərək öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Belarus vətəndaşı arvadının boğazını kəsərək öldürdü

Kriminal

05 Mart 2020 11:40 1369


Bakıda Belarus vətəndaşı Rusiya vətəndaşı olan arvadını öldürüb. Bakı şəhər Prokurorluğundan "Yeni Sabah"a verilən məlumata görə, martın 4-də saat 20:00 radələrində Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayev Nizami rayonu ərazisində faktiki nikah münasibətində olduğu, Rusiya vətəndaşı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürüb. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub. S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!