Bakıda bıçaqlanan kişi xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bıçaqlanan kişi xəstəxanada öldü

Kriminal

18 Mart 2020 00:49 702


Bakının Səbail rayonunda beş gün əvvəl bıçaqlanan 47 yaşlı şəxs xəstəxanada ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə martın 13-də Bayıl qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bujdelev Viktor Vladimiroviç tanışı tərəfindən bıçaqlanıb. O, həmin gün 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub. Onun halı bu gün qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, V.Bujdelevin həyatını xilas etmək mümkün olmayıb. pizza hut

Faktla bağlı Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!