Bakıda bir gecədə iki aptek qarət edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bir gecədə iki aptek qarət edildi

Kriminal

28 Mart 2020 13:55 1267


Martın 27-nə keçən gecə Bakının Binəqədi rayonunda iki aptekdə oğurluq hadisəsi baş verib.

Yenisabah.az bildirir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Biləcəri qəsəbəsində naməlum şəxs Ülkər Piriyevaya məxsus aptekdən 1400 manat pul, müxtəlif sənədlər və 500 manat dəyərində dərman oğurlayıb. pizza mizza

Həmin gecə Xocasən qəsəbəsində Abşeron rayon sakini Ceyhun Abbasova məxsus aptekdən də oğurluq olub. Əvvəlki zərərçəkəndən fərqli olaraq, C.Abbasova az ziyan dəyib. Oğurluq nəticəsində sahibkar 100 manat itirib. Hər iki oğurluq hadisəsi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!