Bakıda bu məhsul marketlərdən yığışdırılır - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu məhsul marketlərdən yığışdırılır - SƏBƏB

İqtisadiyyat

06 Fevral 2025 22:44 1616


Saxta "Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi "Behnam Kar Azar Bilasavar Co" şirkətinin istehsalı olan "Morvarid" əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində "İlğım" əmtəə nişanı ilə "Himalay duzu" adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub. pizza sifarişi

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NƏ ÜÇÜN YOXLANILMAMIŞ MƏHSUL SATIŞA QOYULUR?
    1 year ago