Bakıda dəhşətli hadisə: Maşın piyadanın üstündən keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli hadisə: Maşın piyadanın üstündən keçdi

Kriminal

21 Fevral 2020 09:15 1451


Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib. "Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı Bakı-Sumqayıt avtomagistralında təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Sumqayıt istiqamətində hərəkətdə olan "Opel" markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb. Eyni istiqamətdə hərəkətdə olan Toğrul Cəfərli isə idarəetdiyi "BMW" markalı nəqliyyat vasitəsi ilə həmin şəxsin üzərindən keçib. "BMW"də olan sərnişin İsmayıl Xaspoladovun sözlərinə görə yerə uzanan şəxsi öncə naməlum avtomobil vurubmuş. Hər halda hadisənin dəqiq səbəbi aparılan araşdırmanın sonunda bəlli olacaq. http://baku.tv/embed/14716
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!