Bakıda dəhşətli QƏTL - Qardaş bacısının başını kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli QƏTL - Qardaş bacısının başını kəsdi

Kriminal

06 Fevral 2020 20:42 2359


Paytaxtda orta yaşlı qadının şah damarı kəsilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə “Memar Əcəmi” metrostansiya yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qardaşı tərəfindən boğazı kəsilən və ürəyindən bıçaqlanan qadın hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qadın hadisədən əvvəl qızına zəng edərək qardaşının onu izlədiyini deyib. Daha sonra isə cinayətkar təqsirini etiraf edib. pizza sifarişi

Hadisənin hansı zəmində törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qadının 48-50 yaşlarında olduğu ehtimal edilir. Mərhumun 1 qız, iki oğlan övladı var.  /Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!