Bakıda əcnəbiyə hücum çəkib onu dişləyən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əcnəbiyə hücum çəkib onu dişləyən şəxs saxlanıldı

Hadisə

30 Noyabr 2019 10:58 942


Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.

“Yeni Sabah” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib. pizza

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!