Bakıda ərəb əylənmək üçün evə qadınlar gətirdi, başına oyun açdılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ərəb əylənmək üçün evə qadınlar gətirdi, başına oyun açdılar

Hadisə

02 Dekabr 2019 11:27 1428


Bakının Səbail rayonunda xarici turistlər qarət edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dörd nəfər naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuila Abduranı qarət ediblər. Sezar pizza

Səbail rayonu 41-ci Polis Bölməsinə müraciət edən turist qadınların onun 600 manat pulunu oğurladıqlarından şikayət edib.

İlkin məlumata əsasən, ərəb turist qadınları kirayədə qaldığı evə əylənmək məqsədilə gətirib.

Digər hadisə Neftçilər prospekti 36 nömrəli binanın qarşısında baş verib.

1985-ci il təvəllüdlü Pakistan vətəndaşı Zubair Adnan Pakistani cibindən naməlum şəraitdə 500 dolların oğurlandığından şikayət edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hələlik saxlanılan yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!