Bakıda gecə baş verən atışma ilə bağlı yeni FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə baş verən atışma ilə bağlı yeni FAKTLAR

Kriminal

23 Fevral 2020 14:25 15306


Bakının Binəqədi rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib. "Yeni Sabah" xəbər verir ki, xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb. Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır. /APA/
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!