Bakıda itə görə kütləvi dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itə görə kütləvi dava düşdü

Hadisə

20 Avqust 2020 12:52 1206


Bakı şəhəri, Nəsimi rayon, Rəşid Behbudov küçəsi, 53 G ünvanında yerləşən “Doggie Couture by Nelya” salonunda qeyri-adi hadisə yaşanıb.

Yenisabah.az xəbər verir ki, Aydan adlı xanım  iti “Quçi”ni baxım üçün bərbər Arxipova Anna Valeryevnaya yanına gətirib. Bu zaman Anna xanım dərhal iti təraş etməyə başlayıb. Lakin Aydan xanım işi olduğu üçün salondan ayrılır və tezliklə qayıdacağını bildirir. “Quçi” sahibindən ayrıldıqdan dərhal sonra huşunu itirir. Anna xanım tez itin sahibəsinə zəng vurur, özü isə “Quçi”Nİ təcili “Old Cennel Club” baytarlıq hospitalına, Əziz doktorun qəbuluna aparır. Lakin burada görülən tədbirlərin heç bir faydası olmur və “Quçi” ölür.

Bildirək ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. Onun sözlərinə görə, Əziz doktorun verdiyi rəydən itin əvvəlcədən xəstə olduğu və ürək çatışmazlığından öldüyü məlum olur. Lakin bu rəy Aydan xanım üçün qaneedici olmur. O, Anna xanımı öldürüb “Quçi”nin yanına göndərəcəyini deyir.  Bundan sonra Aydan xanım köməyə üç nəfər də çağırır və salonda münaqişə yaranır. Nəticədə salonun və qonşu obyektin fəaliyyəti iki saat dayanır. Hadisə yerinə polis çağrılır və Aydan xanıma itin ölümünü unutdurub hadisə yerindən uzaqlaşdırırlar.  pizza

Lakin məsələ səngimək bilmir. Bundan sonra Aydan xanım və üç rəfiqəsi salonun işçilərini sosial şəbəkələrdə və bəzi saytlarda tənqid və təhqir etməyə başlayırlar. 

Qeyd edək ki, hazırda bu səbəblə salonun işçiləri adından ən çox təhqir olunan Anna Valerievna və bərbərxananın rəhbərliyi onların işguzar nüfuzuna ciddi zərbə vurulduğuna, şərəf və ləyaqətlərini alçaldıldığına görə Aydan xanımı məhkəməyə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!