Bakıda mənzillər bahalaşdı - Rəsmi məlumat

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzillər bahalaşdı - Rəsmi məlumat

İqtisadiyyat

17 Yanvar 2025 21:59 392


2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9% artıb.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3%, təkrar mənzil bazarında isə 9,8% olub.

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3% yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8%, təkrar mənzil bazarında isə 3,3% təşkil edib. Marqarita pizza

Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!