Bakıda məşhur obyektin fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur obyektin fəaliyyəti dayandırıldı

Sosial

30 Dekabr 2025 01:00 694


Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus "Kovan" ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb. pizza hut

Sahibkar sosial şəbəkələrdə yayımlanan video ilə bağlı verdiyi izahatda ov quşlarının satışının həyata keçirilmədiyini, həmin görüntülərin yalnız müştəri cəlb etmək məqsədilə reklam xarakteri daşıdığını bildirib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!