Bakıda metro 25 dəqiqə gecikdi -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Bakıda metro 25 dəqiqə gecikdi - SƏBƏB

Hadisə

22 Sentyabr 2020 11:33 2029


Bakı metrosunda texniki nasazlıq baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, qatar “Gənclik” stansiyasından “Nəriman Nərimanov” stansiyasına 25 dəqiqə ərzində çatıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, Nəriman Nərimanov-Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib: Marqarita pizza

“Bu səbəblə metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur. Bəzi qatarlar arasında intervaldan əlavə olaraq iki üç dəqiqə gecikmə müşahidə olunur. Bəziləri isə interval göstəricisinə uyğun hərəkət edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!