Bakıda növbəti iməcilik keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda növbəti iməcilik keçirilib

Sosial

10 İyun 2019 09:05 1170


Bakı şəhərinin bütün rayonlarını əhatə edən növbəti ümumşəhər iməciliyi təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, rayonların rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin, sahibkarların və iş adamlarının iştirakı ilə keçirilən iməciliklərdə ümumilikdə minlərlə insan iştirak edib.

İməciliklər zamanı ərazidə təmizlik işləri görülüb, ağacların dibi,  yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Dördpendirli pizza

Eyni zamanda rayonların ərazilərində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib,  bir sıra yerlərdə hasarlar rənglənib.

İl ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!