Bakıda park salınır - 37 milyon XƏRCLƏNƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Bakıda park salınır - 37 milyon XƏRCLƏNƏCƏK

İqtisadiyyat

17 Yanvar 2025 10:27 913


Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb. Pepperoni pizza

Beləliklə, müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37,2 milyon manat sərf olunacaq.

Qeyd edək ki, abadlaşdırma işlərini aparacaq QSC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!