Bakıda pulsuz “Wi-Fi”ın adı var, özü yox - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda pulsuz “Wi-Fi”ın adı var, özü yox - Video

Sosial

07 Mart 2024 20:39 779


Paytaxtda bir çox parklarda vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş ictimai “Wi-Fi”dan istifadə etmək olmur.

Cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsini təmin etmək məqsədilə quraşdırılan pulsuz “Wi-Fi” şəbəkəsinin hazırkı vəziyyəti görülən işi də, çəkilən xərci də boşa çıxarır. 

Sual yaranır: əgər internetdən istifadə əlçatan olmayacaqdısa, niyə quraşdırılırdı?  pizza sifarişi

Məsələ ilə bağlı “Baktelecom”dan bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə uyğun müəyyən edilir. Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri internetə qoşularkən çətinlik yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!