Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Sosial

22 İyul 2020 11:51 1562


Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı - Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı. /Report pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!