Bakıda qadını amansızlıqla qətlə yetirdilər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadını amansızlıqla qətlə yetirdilər - Video

Kriminal

29 Noyabr 2019 04:39 2471


Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, metronun “Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb. Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib. Sezar pizza

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!