Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələndi

Hadisə

19 Sentyabr 2020 16:01 1211


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sentyabrın 18-də paytaxtın Xəzər rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Şüvəlan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qəsəbənin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini A. Ağabəyov barəsində protokol tərtib edilərək 3 000 manat məbləğində cərimələnib. pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!