Bakıda səfirin otağından 35 min dollar oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda səfirin otağından 35 min dollar oğurlandı

Kriminal

04 Mart 2020 09:58 658


Bakıda oğurluq hadisəsi baş verib. "Yeni Sabah" xəbər verir ki, Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb. Spelanay Xeyrullah hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!