Bakıda səliqəsiz endirim: Dağınıq vitrinlər, səpələnmiş libaslar... – FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda səliqəsiz endirim: Dağınıq vitrinlər, səpələnmiş libaslar... – FOTOLAR

Sosial

14 Fevral 2025 14:14 338


Paytaxtın əksər iri ticarət mərkəzlərində brend geyim mağazalarında endirimlər başlayıb.

İstər Sevgililər Günü, istərsə də qarşıdan gələn 8 Mart münasibəti ilə mağazalar endirimlərə start verib. Bütün mallara olmasa da, fəsilə uyğun olmayan və ölçüləri az sayda qalan geyimlərə xüsusi endirimlər var.

Yenisabah.az xəbər verir ki, musavat.com  paytaxtın iri ticarət mərkəzlərində yerləşən brend geyim mağazalarına baş çəkib.   pizza mizza

Bəzi mağazalarda seçilmiş geyimlər bir vitrinə yığılıb və hamısına birlikdə ümumi qiymət təyin olunub.

Müştərilər məmnun şəkildə endirimli təkliflərdən yararlanmağa çalışsa da, mağaza satıcıları çox da məmnun görünmürdü. Buna səbəb endirimdən yararlanmağa çalışan insanların məhsullarla davranışıdır. Onlar geyimləri yerə atır, bilmədən yerə salsalar da, əyilib götürmürlər. Dağınıq vitrinlər, səpələnmiş libaslar, bir-birinin üzərinə taxılmış “veşilka”lar diqqətdən qaçmırdı.

Mağazalarda endirimlə əlaqədar müştəri axını olduğu üçün bəzən kassalarda sıxlıq yaşanır. Hətta satıcılar bu gündən yeni endirimlər başlayacağını deyir.

Həmsöhbət olduğumuz satıcı da mövcud durumdan narazı idi. O bildirdi ki, endirim olan günlər iş və müştəri çox olur. Onları yoran isə müştərilərin səliqəsizliyidir:

“Sabahdan yeni endirim kampaniyamız başlayacaq. Endirim olan günlər iş çox olur. Amma əsas bizi yoran müştərilərin davranışlarıdır. Onlar geyimləri yerə atır, götürdükləri geyimləri yerinə qoymurlar. Təbii ki, biz öz işimizi görürük. Amma insanlar da anlamalıdır ki, səliqəliliyə əməl etmək lazmdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!