Bakıda sirli bina: İçərisində ruhlar gəzir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sirli bina: İçərisində ruhlar gəzir? - Video

Sosial

05 İyul 2024 00:30 1537


Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sirli bina yerləşir.

Qəzalı vəziyyətdə olan bu bina ilə bağlı sosial şəbəkələrdə müəyyən fərziyyələr yayılıb.

Bəziləri binanın içərisinin siçanlarla dolu olduğunu deyir, bəziləri isə binada ruhların dolaşdığını bildirirlər. pizza

Qeyd edək ki, sözügedən bina vaxtilə Xarici Dillər Universitetinin alman dili korpusu olub. Daha sonra bina yataqxana kimi fəaliyyət göstərib.

Binanın təmiri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikili onların balansında deyil, tarixi bina olduğu üçün Mədəniyyət Nazirliyinin nəzarətindədir. Həmin qurumun Media və kommunikasiya şöbəsinin əməkdaşı Türkan Cəfərova isə qeyd edib ki, tikili tarixi bina kimi qorunsa da, özəl mülkdür. Ona görə də həmin binada təmir işləri aparmaq onların səlahiyyətində deyil.

Daha ətraflı Baku TV-nin videosunda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!