Bakıda sürət qatarı piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürət qatarı piyadanı vurdu

Hadisə

24 May 2025 22:30 538


Bu gün axşam saatlarında sürət qatarı piyadanı vurub.

Yenisabah.az xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qeyd olunub ki, Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb. Marqarita pizza

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğu üçün hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!