Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü  - Anbaan video

Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyüldü - Anbaan video

Hadisə

12 Sentyabr 2022 21:35 1208


Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Yenisabah.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir. Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan “Azsamand” markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar. Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə anının görüntülərini təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!