Bakıda tikinti şirkəti yaşayış olan evləri sökür? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tikinti şirkəti yaşayış olan evləri sökür? - VİDEO

Hadisə

27 Aprel 2026 08:30 289


Bakının Yasamal ryonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında yerləşən bəzi evlərin sdakinlərin razılığı olmadan söküldüyü iddia edilir. Ona görə də bəzi sakinlər tikinti şirkətini məhkəməyə veriblər.  

“Yeni Sabah”ın Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər iddia edirlər ki, "Lux Residence" Məhdud Məsuliyyətli Cəmiyyət 2019-cu ildən yaşadıqları ərazidə qanunsuz söküntü işi aparır, onlara məxsus çıxarışlı torpaqları və evləri əllərindən alınır. Evini tərk etməyən vətəndaşlar isə məhkəməyə verilir.

"Lux Residence" MMC-dən bildirlib ki, qeyd olunan ərazidə yerləşən yaşayış sahələrinin istismar müddəti uzun on illiklərdir bitmiş və kəskin qəzalı vəziyyətdədirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy tərtib edilib. Şirkət tərəfindən hər hansı əmlaka zərər vurulmayıb. Söküntü işləri isə yalnız razılıq əldə edilmiş sakinlər tərəfindən və yalnız öz yaşayış sahələrinə aid hissədə aparılb. Qeyd olunan sahələr sökülərək boş ərazi tikinti işlərinin aparılması üçün şirkətə təhvil verilb. Tərəflər arasında mübahisənin həll edilməsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    HƏR ADDIMDA DƏRƏBƏYLİK HİSS OLUNUR. NƏ QƏDƏR Kİ HACIBALALAR, ƏZİZOVLAR VAR BELƏ DƏ OLMALIDIR YALNIZ ƏLŞ LƏNBƏRANSKİLƏR İDARƏÇİLİYİ OLANDA XALQ RAHAT YAŞAYACAQ
    7 hours ago